İran ABŞ ilə mübarizədə böyük boksçulara xas olan xüsusiyyətlər nümayiş etdirir. Vaşinqtonun çoxsaylı zərbələrinə baxmayaraq, İslam Respublikası mübarizə iradəsini qoruyub saxlayır.
Qaziler.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Onlar çox ciddi şəkildə zəifləyiblər, lakin müqavimət göstərmək iradələri qalmaqdadır. Bu, böyük bir boksçu ilə döyüş kimidir: sənə elə gəlir ki, ona qalib gəlmisən, lakin qəfildən o, geri dönür və sənə zərbə endirir", - deyə ABŞ prezidenti "Fox News" telekanalına müsahibəsində bildirib.
QAZİLER.AZ

