ABŞ Prezidenti Donald Tramp İran ərazisinə genişmiqyaslı zərbələrin endirilməsini müzakirə etmək üçün Ağ Evdə iclas keçirib.
Qaziler.az xəbər verir ki, bu barədə iyulun 14-də "Axios" portalı üç mənbəyə istinadən məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, prezident Tramp çərşənbə axşamı İrana qarşı hazırda Hörmüz boğazı bölgəsində həyata keçirilən zərbələrdən daha genişmiqyaslı olacaq kütləvi hücum planını müzakirə etmək üçün operativ iclas keçirib.
Dəqiqləşdirilir ki, iclasda ABŞ vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset iştirak ediblər.
Portalın məlumatına görə, görüşdə İran ərazisinə endiriləcək zərbələrin sayının artırılması planları nəzərdən keçirilib.
QAZİLER.AZ

