Rusiya və Argentina dinc atom sahəsində əməkdaşlığı dayandırdı

Rusiya və Argentina dinc atom sahəsində əməkdaşlığı dayandırdı backend

Argentina Prezidenti Xavyer Mileyin dövründə Argentina Rusiya ilə dinc atom sahəsindəki əməkdaşlığı dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının bu ölkədəki səfiri Dmitri Feoktistov "Izvestiya" qəzetinə açıqlamasında bildirib.

"Dinc atom sahəsində ikitərəfli əməkdaşlıq hazırda həyata keçirilmir. Bununla belə, Rusiya və Argentina şirkətlərinin elektroenergetika, bərpa olunan enerji mənbələri və neft-qaz sənayesi kimi sahələrdə kooperasiyaya qarşılıqlı marağını qeydə alırıq", - deyə diplomat qeyd edib.

QAZİLER.AZ