Gələn il 3D-printerlərin satışına görə Çin ABŞ-ı geridə qoyacaq

Gələn il 3D-printerlərin satışına görə Çin ABŞ-ı geridə qoyacaq backend

Ötən il Çində 77 min ədəd 3D-printerin satışı həyata keçirilib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 226 faiz çoxdur.


İKT.lent.az-ın TASS-a istinadən verdiyi məlumata görə, İDC analitik şirkətinin hazırladığı hesabatda deyilir ki, 2016-cı ildə bu cür printerlərin satışı 207 faiz artaraq 160 min ədəd təşkil edəcək.

“Satılan cihazların sayına görə gələn il Çin ABŞ-ı geridə qoyacaq. Ancaq qiymətə görə ABŞ yenə də liderliyi qoruyacaq”, - deyə İDC şirkətinin analitiki Mo Minyi bildirib.

Onun sözlərinə görə, Çində hələlik ucuz 3D-printerlər almağa üstünlük verirlər. Onların qiyməti isə 5 min dollardan artıq deyil. ABŞ-da isə yüksək texnoloji modellərə üstünlük verilir.

İDC-nin hesabatında deyilir ki, 2020-ci ildə Çində 3D-printerlərin satış həcmi ildə 440 min nüsxəni ötəcək. Bu, istehsal gücünün modernizasiyası ehtiyacından irəli gələcək. Hazırda belə printerlər aerokosmik, səhiyyə və avtomobil sahələrində uğurla istifadə olunur. Tədricən onların tikinti, inşaat, mətbəx, həmçinin musiqi alətləri və geyim istehsalı sahələrində də istifadəsinə başlanılır.

“Gartner” analitik şirkətinin proqnozlarına əsasən, bu cür printerlərin istehsalçıları növbəti illərdə 3D-printerlərin istehsalının yaxşılaşdırılması və yeni funksiyaların əlavə olunmasına nail olacaqlar. Bundan başqa, onların qiymətinin aşağı salınmasına çalışacaqlar.
Diaspora