KİV: ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib

KİV: ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib backend

Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələri yenidən İrana zərbələr endirir.

Qaziler.az xəbər verir ki, bu barədə "ABC News" Ağ Evin adı açıqlanmayan nümayəndəsinə istinadən yazır.

Anonim mənbə dəqiqləşdirib ki, zərbələr artıq bir neçə saatdır davam edir. Material dərc olunan zaman ABŞ hərbçilərinin zərbələrinin miqyası və hədəfləri barədə məlumat daxil olmayıb.

Bundan bir neçə saat əvvəl İranın "Fars" agentliyi İslam Respublikasının bir neçə adasında — Kiş, Qeşm və Əbu-Musada partlayışların baş verdiyi barədə məlumat yaymışdı.