Bred Pittin daha iki övladı onun soyadından imtina etdi

Bred Pittin daha iki övladı onun soyadından  imtina etdi backend

Ancelina Coli və Bred Pittin daha iki övladı rəsmi şəkildə atalarının soyadından imtina etmək prosesinə başlayıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Zahara və Meddoks məhkəməyə müvafiq sənədlər təqdim ediblər və Kaliforniya qanunvericiliyinin tələb etdiyi kimi, ad dəyişikliyi barədə bildirişləri yerli qəzetdə dərc etdiriblər.

Məhkəmə sənədlərinə əsasən, 21 yaşlı Zahara dörd həftə ardıcıl olaraq "Los Angeles Daily Journal" qəzetində elan yerləşdirib. Əgər sentyabrın 28-nə təyin edilmiş məhkəmə iclasınadək heç kim etiraz etməsə, məhkəmə soyadın dəyişdirilməsini rəsmi olaraq təsdiqləyə biləcək. İndi gənc qız "Coli-Pitt" əvəzinə sadəcə Zahara Coli adını daşımaq istəyir.

24 yaşlı Meddoks da eyni prosedurdan keçir. O, sənədlərdə adının Meddoks Çivan Coli-Pitt-dən Meddoks Çivan Coli-yə dəyişdirilməsini xahiş edib və bu qərarını şəxsi səbəblərlə izah edib.

Faktiki olaraq, onların hər ikisi artıq çoxdandır ki, Pittin soyadından istifadəni dayandırıblar. Zahara "Spelman" kollecinin diplomunu alarkən özünü Zahara Marli Coli kimi təqdim edib, Meddoks isə üzərində işlədiyi, Ancelina Colinin rejissoru olduğu "Couture" filminin titrlərində atasının soyadından imtina edib.

Bu, ailədə ilk belə hal deyil. Keçən il onların qızı Şaylo rəsmi olaraq Pittin soyadından imtina etmişdi.

QAZİLER.AZ