ABŞ-də 3 mindən çox insan zəhərlənib

ABŞ-də 3 mindən çox insan zəhərlənib backend

ABŞ-nin iki ştatında tsiklospora parazitinə yoluxmuş salat göyərtisindən istifadə nəticəsində 3 mindən çox insan qidadan zəhərlənib.

Qaziler.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, Miçiqan və Ohayo ştatlarında xəstəxanalara 3 001 müraciət qeydə alınıb, 90 nəfər isə xəstəxanaya yerləşdirilib. Həkimlər hesab edirlər ki, kütləvi ishalın səbəbi tsiklosporozdur. Bu, yarpaqlı göyərtilərdə, xüsusən də kahıda və ya hovuz suyunda rast gəlinən tsiklospora parazitinin törətdiyi bağırsaq infeksiyasıdır.

Bununla bilikdə, xəstəliyin dəqiq mənbəyini müəyyən etmək üçün ekspertlərə vaxt lazım olacaq.

CNN xəbər verir ki, buna səbəb infeksiyanın gizli dövrünün uzun olması, testlərin çətinliyi, həmçinin ABŞ səhiyyə müəssisələrində işçilərin və maliyyənin azaldılmasıdır.

QAZİLER.AZ