Dekabrın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüfuzlu iş adamları ilə görüş keçirəcək. APA TV-nin RBK-ya istinadən xəbərinə görə, sözü gedən görüşdə biznesmenlər Kreml rəhbəri ilə Rusiya biznesinin problemlərini bölüşmək imkanı qazanacaqlar. Sözügedən görüşün təşəbbüskarının Kreml olduğu bildirilir.
Tədbirə dəvət olunanlar arasında "LUKoil" prezidenti Vahid Ələkbərov, "Sistema" Korporasiyasının əsas səhmdarı Vladimir Yevtuşenkov və "Rosneft" şirkətinin rəhbəri İqor Seçinin də adı var.Görüşdə iştirak edəcək iş adamlardan bəzilərinin verdiyi açıqlamalara görə, onlara müzakirə olunacaq məsələlərin detalları barəsində hər hansı məlumat verilməyib. Ehtimal olunur ki, haqqında bəhs olunan müşavirədə əsasən biznes sahəsinin vergi yükünün azaldılması, kapital amnistiyası və bu kimi digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.