İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək qərarını pisləyib.
Qaziler.az xəbər verir ki, bu barədə ötən gün "Sky News" telekanalı məlumat yaymışdı.
"İran Xarici İşlər Nazirliyi Böyük Britaniya hökumətinin milli təhlükəsizlik qanununa əsasən SEPAH-ı təhdid elan edən düşmənçilik addımını pisləyir və bu qərarı əsassız, məsuliyyətsiz, həmçinin dövlətlərin suverenliyi və daxili işlərə qarışmamaq da daxil olmaqla, beynəlxalq hüququn fundamental müddəalarını pozan addım hesab edir", - deyə İran XİN Londonun qərarını şərh edib.
İran XİN həmçinin qeyd edib ki, İran cavab tədbirləri görmək hüququnu özündə saxlayır və xəbərdarlıq edir ki, belə bir qərarın fəsadlarına görə məsuliyyət Böyük Britaniya hakimiyyətinin üzərinə düşür.
QAZİLER.AZ

