Hörmüzdə gəmilərə raket hücumu olub – Bir tanker yanır

Hörmüzdə gəmilərə raket hücumu olub –  Bir tanker yanır backend

Niderlandda qeydiyyatdan keçmiş "Stolt Tankers" gəmiçilik şirkəti, İranın Hörmüz boğazında BƏƏ-yə məxsus iki gəmiyə endirdiyi zərbədən sonra "Stolt Magnesium" tankerində yanğın baş verdiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə şirkətin press-relizi "Sky News"un saytında dərc olunub.

Bəyanatda deyilir ki, "Stolt Magnesium" bu gün səhər tezdən Ərəb dənizində, Oman sahilləri yaxınlığında hücuma məruz qalıb. Təxminən eyni vaxtda BƏƏ-nin iki tankeri də İranın qanadlı raketlərinin hücumuna məruz qalıb.

“Hücum nəticəsində gəminin mühərrikində yanğın baş verib", - şirkətin açıqlamasında qeyd olunub.

Məlumata görə, "Stolt Magnesium" gəmisinin bütün heyət üzvləri təhlükəsizlikdədir və onların yeri müəyyən edilib.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi Hörmüz boğazının cənub hissəsində Hindistana məxsus iki tankerə İranın hücum etdiyini bildirib: hadisədən sonra bir dənizçi həyatını itirib, daha bir neçə nəfər isə yaralanıb.

İran rəsmiləri isə öz növbəsində boğazdan keçid qaydalarını pozan gəmilərə qarşı tədbirlər görüldüyünü bəyan ediblər.

QAZİLER.AZ