Lavrov Türkiyəni Ukraynaya qarşı sərt addım atmağa çağırdı

Lavrov Türkiyəni Ukraynaya qarşı sərt addım atmağa  çağırdı backend

“Rusiya gözləyir ki, Türkiyə "Mavi axın" qaz kəmərinin infrastrukturuna tez-tez edilən zərbələrə görə Ukraynaya sərt siqnal göndərəcək”.

Qaziler.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, 13 iyulda Türkiyə mediası Ukrayna Silahlı Qüvvələrinin pilotsuz qayıqlarının yeni, kifayət qədər güclü zərbələrinin Türkiyə gəmilərinə və ölkə üçün yük daşıyan tankerlərə endirildiyini bildirib.

Diplomat qeyd edib ki, bu, ilk dəfə deyil, Türkiyəyə gedən qaz boru kəmərinin infrastrukturuna tez-tez hücum edildiyini də qeyd etmək lazımdır.

Lavrov əlavə edib ki, Rusiya Türkiyənin Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərinə ictimai qiymət verəcəyinə ümid edir.

İyulun 7-si axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin dronları Rusiyadan Türkiyəyə qaz nəql edən "Mavi axın" kəmərinə hücum edib. "Qazprom" zərbənin Kubandakı "Krasnodarskaya" kompressor stansiyasına dəydiyini bildirib.

QAZİLER.AZ