Lyayenin Ukraynaya səfərinin məqsədi məlum oldu

Lyayenin Ukraynaya səfərinin məqsədi məlum oldu backend

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin genişlənməsi və hərbi yardımı müzakirə etmək üçün Ukraynaya səfər edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə "Politico" yazır.

Nəşrin məlumatına görə, səfər 15 iyul tarixinə planlaşdırılıb.

İyulun 6-da fon der Lyayen, Rusiya Silahlı Qüvvələrinin PUA (pilotsuz uçuş aparatı) istehsal edən Ukrayna müəssisələrinə zərbələrindən sonra Kiyevə dron istehsalı üçün yeni pullar vəd etmişdi.

O qeyd edib ki, Aİ qabaqcıl pilotsuz texnologiyalar hesabına Ukraynanın müdafiəsini gücləndirmək üçün Kiyevə 90 milyard avrodan ilk 4 milyard avronu təqdim edib.

QAZİLER.AZ