Böyük Britaniyanın Dorset qraflığında arı sürüsü bir evin terrasını zəbt edərək 15 ay ərzində nəhəng koloniyaya çevrib.
Qaziler.az bildirir ki, bu barədə "Swanage News" məlumat yayıb.
Reyçel Teppinq, onun həyat yoldaşı Pol və qızları 2025-ci ilin yazında Bovinqtonda yerləşən yeni evlərinə köçüblər. Onlar terrasın altında bir neçə arı görsələr də, bunun qışda dağılıb gedəcək müvəqqəti bir sürü olduğunu düşünüblər. Lakin koloniya nəinki yoxa çıxmayıb, əksinə, sürətlə böyüməyə başlayıb. 2026-cı ilin may ayının sonunda havalar istiləşəndə arıların sayı o qədər artıb ki, ailə mütəxəssislərə müraciət etmək məcburiyyətində qalıb.
22 ildən artıqdır ki, arıların təhlükəsiz şəkildə köçürülməsi ilə məşğul olan arıçı Ayvan etiraf edib ki, indiyədək bu qədər böyük pətək görməyib. Terrasın taxtalarının altında 25-dən çox arı şanı aşkar edilib. Şanlarda 60–90 min işçi arı və 40–60 kiloqram bal olduğu müəyyən edilib. Həşəratların çıxarılması əməliyyatı bir neçə saat davam edib. Arıçılar ana arını və bütün sürünü ehtiyatla yeni, xüsusi hazırlanmış pətəyə köçürməyə nail olublar.
QAZİLER.AZ

