Merz Ukrayna ilə bağlı danışıqlara çağırdı
Ukrayna ilə bağlı danışıqlara başlamağın vaxtı çatıb.
Qaziler.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts "könüllülər koalisiyası"nın iclasından sonra bildirib.
Onun çıxışı YouTube kanalı "DRM News"da yayımlanıb.
"Danışıqlar masasına oturmağın vaxtıdır. Atəşkəs barədə razılığa gəlməyin vaxtıdır", - Merts Ukrayna ilə bağlı danışıqlara çağırdı.
O, həmçinin Avropanın da danışıqlara açıq olduğunu vurğulayıb. Eyni zamanda, Merts əlavə edib ki, Avropa ölkələri "Moskvaya təzyiqi daha da artırmaq" niyyətindədirlər.
QAZİLER.AZ

