Tokayev şəxsən Qətər əmirinə başsağlığı vermək üçün Dohaya gedib - VİDEO

Tokayev şəxsən Qətər əmirinə başsağlığı vermək üçün Dohaya gedib - VİDEO backend

Qasım-Jomart Tokayev Qətər Əmirinə başsağlığı vermək üçün Dohaya gedib

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tanini və hakim ailənin üzvlərini Əmir-atası Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar şəxsən başsağlığı vermək üçün Dohaya səfər edib.

Qaziler.az-ın  verdiyi məlumata görə, bu barədə iyulun 13-də Akorda Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Tokayev bildirib ki, Şeyx Həməd bin Xəlifə Al Tani güclü və uğurlu Qətər dövlətinin qurulmasına əvəzsiz töhfə verib.

"Müasir Qətərin bir çox mühüm tarixi nailiyyətləri və ölkənin beynəlxalq aləmdə qazandığı yüksək nüfuz onun adı ilə sıx bağlıdır. Şeyx Həməd dünya miqyaslı dövlət xadimi və Qazax xalqının əsl dostu idi", – deyə Qazaxıstan Prezidenti vurğulayıb.

Tokayevin sözlərinə görə, Şeyx Həməd bin Xəlifə Al Tani Qazaxıstan–Qətər münasibətlərinin formalaşmasına və uğurla inkişaf etməsinə də mühüm töhfə verib.

QAZİLER.AZ