Kallas Rusiya balığı ilə bağlı gözlənilməz etiraf etdi

Kallas Rusiya balığı ilə bağlı gözlənilməz etiraf etdi backend

Avropa İttifaqı (Aİ) geosiyasi əhəmiyyətinə görə Rusiya balıq idxalına qoyulan qadağanı 21-ci sanksiya paketindən çıxarıb.

Qaziler.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas xarici işlər nazirlərinin görüşünün yekununda bildirib.

Jurnalistlərin Rusiyadan balıq idxalına embarqonun niyə sanksiyalar paketinə salınmadığı ilə bağlı sualını cavablandıran Kallas balığın geosiyasi əhəmiyyət daşıdığını deyib.

"Bu vəzifəyə başlayanda balığın bu qədər geosiyasi əhəmiyyətə malik olduğunu bilmirdim. Balıq bir çox mühüm geosiyasi prosesləri çətinləşdirir", – deyə o qeyd edib.

QAZİLER.AZ