Zelenski Makrona Ukraynanın ən yüksək dövlət mükafatlarından birini təqdim etdi

Zelenski Makrona Ukraynanın ən yüksək dövlət mükafatlarından birini təqdim etdi backend

Zelenski Fransa liderini Ukraynanın "əsl dostu" adlandırıb.

Makron Ukraynanın "Azadlıq" ordeni ilə təltif edilib.

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın ən yüksək dövlət mükafatlarından biri olan "Azadlıq" ordeni ilə təltif edilib.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

"Ölkələrimiz arasında münasibətlər həqiqətən də strateji səviyyəyə yüksəlib və bu, böyük ölçüdə Prezident Makronun şəxsi səyləri sayəsində mümkün olub. Bu gün mən Emmanuel Makrona son illər göstərdiyi yardım və dəstəyə görə təşəkkür etdim və Ukraynanın əsl dostu olan cənab prezidenti "Azadlıq" ordeni ilə təltif etdim", – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti Fransa lideri ilə keçirdiyi görüşün təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, görüşdə "Antibalistik koalisiya" və "İstəklilər koalisiyası"nın iclasları öncəsi prioritet məsələlər, həmçinin iki ölkə arasında əməkdaşlığın inkişafı müzakirə olunub.

QAZİLER.AZ