Fransa gələcək müharibələrə hazırlaşmalıdır - Makron

Fransa gələcək müharibələrə hazırlaşmalıdır - Makron backend

Fransa Prezidenti Emmanuel Makron bunu 13 iyulda Bastiliyanın alınması günü ərəfəsində Fransa ordusuna etdiyi müraciətdə bildirib.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.

"Gələcək müharibələrə hazırlaşmalıyıq, amma özümüzü aldatmayaq", - Makron deyib.

Onun sözlərinə görə, Fransanın bu müharibələri aparmaq qabiliyyəti birbaşa respublikanın "qalib gəlməli olduğu" mövcud münaqişələrin uğurundan asılı olacaq.

Fransa lideri ölkənin hərbi büdcəsini ikiqat artırmaq niyyətində olduğunu vurğuladı və silahlı qüvvələrdə islahatların və yenidənqurmanın vacibliyini vurğuladı.

QAZİLER.AZ