Ebolaya yoluxan ikinci amerikalı Almaniyaya gətirildi

Ebolaya yoluxan ikinci amerikalı Almaniyaya gətirildi backend

Konqo Demokratik Respublikasında işləyərkən Ebola qızdırmasına yoluxan daha bir ABŞ vətəndaşı Almaniyaya gətirilib.

Qaziler.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, pasiyent ötən gecə Frankfurt-Mayn Universitet Klinikasına çatdırılıb. Bundan əvvəl ABŞ rəsmiləri bəyan etmişdilər ki, xəstələnən şəxs KDR-də fəaliyyət göstərən humanitar təşkilatlardan birinin əməkdaşıdır. Onda Ebola virusunun ştammlarından biri olan Bundibuciyo (Bundibugyo) virusu aşkar edilib.

Bu, KDR-də Ebolaya yoluxduqdan sonra Almaniyada müalicə alan artıq ikinci amerikalıdır. Daha əvvəl Berlinin "Şarite"  klinikasında amerikalı həkim müalicə olunub və o, iyunun 6-da qənaətbəxş vəziyyətdə evə buraxılıb.

Rəsmi olaraq mayın 15-də Konqo Demokratik Respublikası və qonşu Uqandada Ebola qızdırmasının baş qaldırdığı elan edilib. Afrika İttifaqının Səhiyyə Xidmətinin məlumatına görə, hazırkı epidemiya virusun 1976-cı ildə aşkar edilməsindən bəri miqyasına və ağırlığına görə dördüncü ən böyük epidemiyaya çevrilib.

QAZİLER.AZ