Sevgilisini 30 saniyədə 195 dəfə öpərək rekord qırdı - VİDEO

Sevgilisini 30 saniyədə 195 dəfə öpərək rekord qırdı - VİDEO backend

Braziliyada 32 yaşlı Renato Bayma Qaia 33 yaşlı sevgilisi Naiara Ribeyrunu 30 saniyə ərzində 195 dəfə öpərək əvvəlki rekordu təzələyib.

Qaziler.az xəbər verir ki, bu barədə "UPI" agentliyi məlumat yayıb.

Renato bu rekordun onların "dünyanın ən yaxşı cütlüyü" olduqlarını sübut etdiyini bildirib.

Renato bundan əvvəl də iki dəfə Ginnesin Rekordlar Kitabına düşməyi bacarıb. Belə ki, o, 10 kitabı ən qısa müddətdə (6,68 saniyə) düzüb aşırılmasına və kişilər arasında ayaq pəncəsinin ən böyük bucaq altında (210,66 dərəcə) döndərilməsinə görə rekord qırıb.

İndi isə sevgililər bir dəqiqə ərzində ən çox öpüşmə sayına görə rekordu təzələməyi planlaşdırırlar. Hazırda bu rekord 60 saniyədə 277 öpüşlə bir yapon cütlüyünə məxsusdur.

QAZİLER.AZ