Cənub-qərb mussonu və "İnday" tayfununun eyni vaxtda göstərdiyi təsir nəticəsində Filippində müxtəlif dərəcəli xəsarətlər alan sakinlərin sayı doqquz nəfərə çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsinə istinadən yerli PNA xəbər agentliyi məlumat yayıb.
Sərt hava şəraitinin yaratdığı problemlər təxminən 146 min ailəyə, yəni qeyri-rəsmi olaraq 654 minə yaxın insana təsir edib. 5 mindən çox ailə müvəqqəti olaraq təxliyə mərkəzlərində yerləşdirilib ki, onların da bir çoxu tayfunun törətdiyi dağıntılar səbəbindən evsiz qalıb.
Hökumət zərərçəkənlərə 43,38 milyon Filippin pesosu (təxminən 746 min dollar) məbləğində yardım ayırıb.
Səlahiyyətli qurumlar zərər çəkmiş rayonlarda axtarış-xilasetmə işlərini və yardım göstərilməsini davam etdirirlər.
QAZİLER.AZ



