Avropa İttifaqı “Vkontakte” (ВКонтакте), “Odnoklassniki” (Одноклассники) sosial şəbəkələrinin və bir sıra digər yerli rəqəmsal xidmətlərin sahibi olan Rusiyanın "VK" şirkətini sanksiya siyahısına daxil edib.
Qaziler.az xəbər verir ki, bu barədə Aİ Şurasının Avropa İttifaqının "Rəsmi Jurnalı"nda dərc olunmuş qərarında bildirilib.
Aİ Şurası sanksiyaların tətbiq edilməsinə əsas olaraq, VK şirkətinin "Maks" milli messencerinin tərtibatçısı qismində çıxış edən "Kommunikasiya Platforması" MMC-nin (ООО "Коммуникационная платформа") ana şirkəti olmasını göstərib.
QAZİLER.AZ



