Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun Ankara sammitində ABŞ lideri Donald Trampa qarşı sui-qəsd hazırlanması barədə yayılan şayiələri şərh etməkdən imtina edib.
Qaziler.az xəbər verir ki, sual Peskovun brifinqdə çıxışı zamanı verilib.
"Mən bu məlumatı heç bir şəkildə şərh etməzdim, çünki məndə belə bir məlumat yoxdur", - deyə Kreml rəsmisi bildirib.
Peskov əlavə edib ki, bu barədə məlumat yayan İsrail mənbələrinə inanmağın mümkün olub-olmadığını bilmir.
Bundan əvvəl İsrailin "12-ci kanal"ı İranın NATO-nun Ankara sammiti zamanı ABŞ prezidentinə sui-qəsd hazırladığı iddiasını irəli sürüb. Jurnalistlər bildiriblər ki, bu cür planlar barədə İran kanalları üzərindən ələ keçirilən danışıqlar vasitəsilə öyrəniblər. Həmin məlumatlara görə, Tehran guya ABŞ liderinin Türkiyə paytaxtına səfərini unikal bir fürsət kimi qiymətləndirirmiş.
QAZİLER.AZ



