Rihanna yenə geyimi ilə hamiləlik şayiələrini alovlandırdı - FOTO 

Rihanna yenə geyimi ilə hamiləlik şayiələrini alovlandırdı - FOTO  backend

Müğənni Rihanna dördüncü dəfə hamilə olması barədə şayiələri yenidən gündəmə gətirib.

Qaziler.az xəbər verir ki, müvafiq fotolar və şərhlər "Daily Mail" saytında dərc olunub.

İyulun 12-də Rihanna Nyu-Yorkda görüntülənib. Müğənni "Yanki" stadionunda repçi Jay-Z-nin konsertinə gedirmiş. Müğənni ictimaiyyət qarşısına həmtəsisçisi olduğu Amerika səsyazma şirkəti “Roc-A-Fella”nı üzərində daşıyan qara köynək geyinərək çıxıb. O, geyimini eyni rəngdə şalvar, ağ barmaqarası təriklik, gün eynəyi, iri sırğalar, boyunbağı və qolbaqla tamamlayıb.

İnternet istifadəçiləri məşhurun bədən quruluşuna diqqət yetiriblər. Bəzilərinin fikrincə, sənətçi tezliklə yenidən ana olacaq.

"Yenə hamilədir?", "Məncə, o, hamilədir. Övladlarının hamısının bir yerdə olmasını və böyük bir ailəsinin olmasını istədiyini demişdi...", "O, dəqiq yenidən hamilədir", "Dördüncü uşaq yoldadır", — deyə "Daily Mail" oxucuları yazıblar.

Rihannanın hamiləliyi ilə bağlı şayiələr ilk dəfə mətbuata iyulun 7-də sızıb. Sənətçi Nyu-Yorkda sevgilisi A$AP Rocky ilə görüşdə görüntülənmişdi. O, insanların qarşısına göy-ağ zolaqlı, geniş və uzun don geyimində çıxmışdı.

QAZİLER.AZ