Rusiya səfiri Fransa XİN-ə çağırılacaq

Rusiya səfiri Fransa XİN-ə çağırılacaq backend

Rusiya səfiri Aleksey Meşkov tezliklə kiberhücum iddiaları ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.

Qaziler.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro "BFMTV-RMC" telekanalının efirində bildirib.

Barro bildirib ki, Paris "bir sıra Avropa ölkələrində həyata keçirilən, sabotaj və casusluğa yönəlmiş genişmiqyaslı kiberkampaniyanı" pisləyəcək. Nazir xəbərdarlıq edib ki, Fransa "bu kiberkampaniyaya" görə məsuliyyət daşıyan 9 fiziki və 4 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edəcək.

Onun sözlərinə görə, hücumlar "şirkətlərə, nazirliklərə və operatorlara" yönəlib və məqsəd "məlumat əldə etmək və ya sabotaj törətməkdir". Buna baxmayaraq, Barro Avropanın kiberhücumlardan müdafiə sahəsində "ən qabaqcıl sistemlərdən birinə" sahib olduğunu vurğulayıb.

QAZİLER.AZ