İraq ordusu hücuma keçdi: Rəmadidə İŞİD-lə küçə döyüşləri gedir

İraq ordusu hücuma keçdi: Rəmadidə İŞİD-lə küçə döyüşləri gedir backend

İraq ordusu İŞİD-in nəzarətində olan Rəmadi şəhərini azad etmək üçün güclü hücuma keçib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, hökumət qüvvələri artıq şəhərin bəzi məhəllələrinə və mərkəzi səmtlərinə qədər irəliləməyə nail olublar.

Terrorçular şəhərin mərkəzində möhkəmləndiyi mövqeləri əldən verməmək üçün orduya qarşılıq verir. İraq ordusunu havadan koalisiya qüvvələri də dəstəkləyir. Bundan əlavə, əməliyyata polis qüvvələri və yerli tayfaların yaratdığı silahlı birləşmələr də cəlb edilib.

Xatırladaq ki, ötən şənbə günü İraqın müdafiə naziri Xalid əl-Ubeydi Ər-Rəmadinin tezliklə geri alınacağını bildirib. Hücumdan əvvəl İraq Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərdən havadan yerli sakinləri xəbərdar etmək üçün vərəqələr atılıb. Onlara bir müddətlik yaşadığı bölgəni tərk etmək tövsiyə olunub.

Rəmadi Ənbar vilayətinin böyük inzibati mərkəzlərindən biridir və paytaxt Bağdadın təxminən 100 kilometrliyində yerləşir.

Diaspora