PKK Kərkük-Ceyhan neft kəmərini partlatmaq istəyib

PKK Kərkük-Ceyhan neft kəmərini partlatmaq istəyib backend

Türkiyənin Mardin vilayətinin Nusaybin şəhərində 100 kq partlayıcı aşkarlanıb. APA TV-nin məlumatına görə, bu barədə “Sabah” qəzetinə hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd olunur ki, xidməti itin köməyi ilə aşkarlanan partlayıcı maddə yerin altında iki konteynerdə gizlədilib. Bundan başqa, 400 metrlik kabel və detonatorlar da tapılıb.

Polis ehtimal edir ki, PKK silahlıları partlayıcı maddədən yaxınlıqdan keçən Kərkük-Ceyhan neft kəmərini partlatmaq üçün istifadə etməyi planlaşdırırdılar.

Qeyd edək ki, İraq nefti Türkiyəyə Kərkük-Ceyhan xətti vasitəsilə nəql olunur.

Diaspora