"Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin" - Tramp

"Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin" - Tramp backend

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehran onu fiziki cəhətdən məhv etməyə cəhd göstərərsə, İrana qarşı daha əvvəl görünməmiş gücdə zərbə endirilməsi barədə qabaqcadan sərəncam verib. 

Qaziler.az xəbər verir ki, ABŞ lideri bu barədə "New York Post" nəşrinin jurnalistlərinə müsahibəsində danışıb.

"Mən uzun müddətdir ki, onların prioritet hədəfləri siyahısındayam. Ona görə də mənim qərarım belədir: əgər mənə nəsə olarsa, onları sadəcə olaraq yer üzündən, əvvəllər heç vaxt edilmədiyi bir şəkildə tamamilə silmək lazımdır", - deyə Ağ Ev lideri bildirib.

Tramp həmçinin qeyd edib ki, onun fikrincə, İran tərəfi uzun illərdir onu məhv etmək barədə planlar qurur. 

QAZİLER.AZ