İran ABŞ ilə danışıqlar aparılacağı barədə xəbərləri təkzib edib

İran ABŞ ilə danışıqlar aparılacağı barədə xəbərləri  təkzib edib backend

İran növbəti həftə ABŞ ilə danışıqların yeni raundu barədə xəbərləri təkzib edərək, KİV-də yayılan müvafiq məlumatları əsassız adlandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Fars" agentliyinə İran hökumətindəki mənbə bildirib.

Onun sözlərinə görə, İslamabadda danışıqlara hazırlığın başa çatması və tərəflər arasında texniki məsləhətləşmələrin davam etdirilməsi barədə xəbərlər təsdiqlənmir.

Mənbə vurğulayıb ki, hər hansı dəyişiklik olacağı təqdirdə danışıqlar prosesinin gedişatı barədə məlumat yalnız İranın rəsmi kanalları vasitəsilə yayılacaq.