ABŞ və İran ortaq dil tapmalı və münaqişənin nizamlanması istiqamətində ciddi işə başlamalıdırlar.
Qaziler.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bəyan edib.
Onun sözlərinə görə, Vaşinqton və Tehran vəziyyətdən birtəhər çıxış yolu tapmalıdırlar, əks halda şərait son dərəcə gərgin, qeyri-sabit və təhlükəli olacaq.
"Biz tərəflərin ortaq dil tapmasının və ciddi işə başlamasının tərəfdarıyıq. Hələlik isə bu ciddi iş ya başlamır, ya da heç bir ciddi əsas olmadan yarıda kəsilir. Bütün bunlar nədənsə çox qeyri-ciddi görünür", — deyə daimi nümayəndə bildirib.
O əlavə edib ki, Rusiya tərəfi vəziyyətin düzələcəyinə ümid edir.
QAZİLER.AZ



