Yaponiyanın müdafiə naziri Koizumi Eminönündə balıq yedi

Yaponiyanın müdafiə naziri Koizumi Eminönündə balıq yedi backend

NATO Sammiti çərçivəsində Ankarada olan Yaponiyanın müdafiə naziri Şinciro Koizumi də İstanbula səfər edib. Koizumi və onu müşayiət edən heyət Eminönündə "balık-ekmek" yeyib, daha sonra qəhvə içib.

Ankarada keçirilən NATO sammiti çərçivəsində Türkiyədə səfərdə olan Yaponiyanın müdafiə naziri Şinciro Koizumi nümayəndə heyəti ilə birlikdə İstanbula gəlib.

Tarixi yarımadada gəzintiyə çıxan Koizumi Eminönündə sakinlərin böyük marağı ilə qarşılanıb. Fasilə zamanı nümayəndə heyəti ilə birlikdə "balıq-ekmek" restoranında dayanan yapon nazir İstanbulun simvollarından birinə çevrilmiş "balıq-ekmey"in dadına baxıb.

Yeməkdən sonra qəhvə içən Koizumi ətrafındakı insanlarla söhbət edib, xatirə şəkilləri çəkdirib. Səfərinə aid foto və videoları sosial media hesabında paylaşan Koizuminin Eminönü gəzintisi ətrafdakılar tərəfindən maraqla izlənilib.

QAZİLER.AZ