Danimarkanın "cəhənnəm tırtılları" adlandırdığı və təmas zamanı sağlamlıq problemlərinə yol aça bilən zəhərli palıd tırtılları ölkədə sürətlə yayılmağa başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin "TV2" telekanalı məlumat yayıb.
Tırtıllarının bədənini örtən tüklərin tərkibində insanda dəri qıcıqlanması, qaşıntı və tənəffüs problemlərinə səbəb olan toksiki taumetopein zülalı var. Bəzi hallarda bu həşəratdan allergik şok da mümkündür.
"Palıd ipəksoxulcanları indiyədək Odense, Nüborq, Kerteminde, Nordfüns, Kopenhagen, Morso və Herning kommunalarında aşkar edilib", - məlumatda qeyd olunub.
Bundan əlavə, telekanalın məlumatına görə, Danimarkanın bir sıra bələdiyyələri artıq bu tırtılların tapılmasına hazırlıq barədə elan veriblər.
TV2-nin verdiyi məlumata görə, yay tətillərindən sonra Danimarka hökuməti "cəhənnəm tırtılları" ilə gələcək mübarizə planını müzakirə etmək üçün parlament partiyalarını bir araya gətirəcək.
QAZİLER.AZ



