Almaniyanın "DEUTZ" və "ARX Robotics" şirkətləri Ulm şəhərində "Gereon" pilotsuz yerüstü sistemlərinin sənaye miqyasında seriyalı istehsalına başlayırlar. İlk pilotsuz sistemlərin artıq yay mövsümünün sonuna qədər Ukraynaya çatdırılması planlaşdırılır.
Qaziler.az bildirir ki, bu barədə "DEUTZ" şirkətinin mətbuat xidməti məlumat yayıb.
""Gereon" sistemlərini Ukraynaya çatdırmaq üçün Ulmdakı zavodumuzda istehsal gücünü artırırıq. Beləliklə, ARX Robotics ilə strateji tərəfdaşlığımız Ukraynaya dəstək verməklə Avropanın müdafiə siyasətinin gücləndirilməsinə mühüm töhfə verir", – deyə DEUTZ-un müdafiə bölməsinin baş direktoru Marko Gerre bildirib.
Şirkətin məlumatına görə, seriyalı istehsalın bir neçə həftə ərzində başlanması nəzərdə tutulur. Ulm müəssisəsində istehsal ediləcək ilk sistemlərin isə artıq yay mövsümünün sonuna qədər Ukraynaya təhvil verilməsi planlaşdırılır.
QAZİLER.AZ



