Dağıstanda xəstələri onlarla kilometr xərəkdə daşıdılar - VİDEO

Dağıstanda xəstələri onlarla kilometr xərəkdə daşıdılar - VİDEO backend

Dağıstanda yerli sakinlər nəqliyyatın olmaması səbəbindən xəstələri xərəkdə daşımaq məcburiyyətində qalıblar.

Qaziler.az xəbər verir ki, bu barədə ölkəyə məxsus "Telegram" kanalı məlumat yayıb.

"Çaroda rayonunda, xüsusən də Semer kəndində nəqliyyatın hərəkəti ilə bağlı kritik vəziyyət yaranıb. On dörddən çox yaşayış məntəqəsinin yol şəbəkəsi ilə əlaqəsi kəsilib. Yolun olmaması yerli sakinləri xəstələri təcili yardım maşınlarının gələ bildiyi ən yaxın məntəqəyə çatdırmaq üçün onlarla kilometr məsafəni piyada, xərəkdə daşımağa məcbur edir", - deyə nəşrdə bildirilib.

Həmin görüntülər videoya düşüb. Belə ki, kadrlarda bir qrup insanın xərəkdəki kişini uçmuş körpünün üzərindən keçirməyə çalışır. Daha sonra onlar torpaq yollarla, həmçinin təpələrdən keçən cığırlarla hərəkət edirlər.

QAZİLER.AZ