Çində daşqınların vurduğu fermadan təxminən 900 ilan qaçaraq kəndə yayıldı

Çində daşqınların vurduğu fermadan təxminən 900 ilan qaçaraq kəndə yayıldı backend

Çinin cənubunda tayfun və sonrakı daşqınlar səbəbindən bəndin uçması nəticəsində su basmış fermadan təxminən 900 ilan qaçıb. Ölümcül kobralar da daxil olmaqla yüzlərlə ilanın yayıldığı Dengvey kəndində "fövqəladə vəziyyət" elan edilib.

Qaziler.az bildirir ki, "Global Times" qəzetinin xəbərinə görə, güclü tayfunun təsiri altında olan Quansi əyalətində baş verən daşqınlar nəticəsində Liulan bəndi dağılıb.

Bənddən axan suların vurduğu ərazidə yerləşən ilan yetişdirmə təsərrüfatının mühafizə divarları və hasarları dağılıb, müəssisədə saxlanılan təxminən 900 ilan qaçıb.

Aralarında ölümcül kobraların da olduğu yüzlərlə ilanın yayıldığı Denqvey kəndində fövqəladə vəziyyət elan edilib.

İlanların basdığı Denqvey kəndində böyük təşviş yaşanarkən, daşqın suları ilə örtülmüş küçələrdə yüzlərlə ilanın üzdüyü və evlərin pəncərələrinə dırmaşmağa çalışdığı müşahidə olunub.

Bel hündürlüyünə qədər qalxan suyun içində köməksiz qalan kənd sakinləri ilanlardan qorunmaq üçün bambuk çubuqlarla mübarizə aparıblar.

Hadisədən sonra əyalət səviyyəsində həyəcan siqnalı elan olunub və çoxsaylı axtarış-xilasetmə, eləcə də təcili müdaxilə qrupları bölgəyə göndərilib.

Quanqcou Fövqəladə Halların İdarə Olunması Bürosu bildirib ki, xüsusi qoruyucu geyimlərlə təchiz olunmuş qruplar həm sürünənləri tutmaq, həm də daşqından zərər çəkənləri təxliyə etmək üçün əməliyyat aparırlar.

QAZİLER.AZ