Şimali Kuril adalarında zəlzələ olub

Şimali Kuril adalarında zəlzələ olub backend

İyulun 10-da Şimali Kuril adaları yaxınlığında Sakit Okeanda Rixter şkalası üzrə 4,2 bal gücündə zəlzələ baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Vahid Geofizika Xidməti məlumat yayıb.

Alimlərin məlumatına görə, zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 81 kilometr şərqdə, episentri isə 59 kilometr dərinlikdə olub.

Paramuşirdə 2-3 bal gücündə zəlzələlər hiss olunub. Bölgə üçün sunami xəbərdarlığı verilməyib.

QAZİLER.AZ