Yekaterinburqun özəl uşaq bağçalarından birində enterovirus infeksiyası yayılıb. Sverdlovsk vilayətinin "Rospotrebnadzor" (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) idarəsi yoxlamanın nəticələrinə əsasən çox sayda qayda pozuntusu aşkar edib.
Qaziler.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Sverdlovsk vilayəti üzrə Rospotrebnadzor İdarəsi özəl uşaq bağçasına gedən uşaqlar arasında enterovirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar epidemioloji araşdırma aparır. Rospotrebnadzor İdarəsi tərəfindən fərdi sahibkarın fəaliyyətinin müvəqqəti qadağan edilməsi barədə protokol tərtib olunub”, — deyə məlumatda qeyd olunub.
Mütəxəssislərin müəyyən etdiyinə görə, müəssisədə soyuducu anbarlar olmayıb, həmçinin ərzaqlar uyğun olmayan şəraitdə saxlanılıb. Bundan əlavə, bağça işçilərinin tibbi kitabçaları və digər lazımi tibbi sənədləri olmayıb. Regional qurumun müəyyən etdiyi digər bir nöqsan isə fərqli qrupların otaqlarının bir-birindən izolyasiya edilməməsi olub.
QAZİLER.AZ



