Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik bildirib ki, Qərb artıq Rusiyaya hücum hazırlıqlarını gizlətmir.
Qaziler.az bildirir ki, o, şərhlərini Lenta.ru ilə bölüşüb.
Bir müddət əvvəl Niderlandın Baş naziri Rob Yetten Ukraynanın "Kyiv Independent" nəşrinə verdiyi müsahibədə Avropanı Ukraynanı dəstəkləməyə çağırmışdı ki, "ölkə Rusiya ərazisinə daha dərin zərbələr endirərkən tempi saxlaya bilsin".
Deputat hesab edir ki, belə bir nüfuza malik insanın sözləri həmişə ciddi qəbul edilməlidir.
"Bu, Niderland rəsmisinin çıxışı Qərbin artıq "Rusiya bizə hücum etmək istəyir" iddiaları arxasında əsl niyyətini gizlətmədiyini göstərir. Əslində isə Qərb Rusiyaya qarşı hücuma hazırlaşır və bunu informasiya məkanında yaratdığı səs-küylə ört-basdır etməyə çalışır", - rusiyalı deputat deyib.
QAZİLER.AZ



