Fransa təxminən 15 il əvvəl Parisdə keçirilən sərgi üçün müvəqqəti olaraq ölkəyə gətirilmiş və həmin vaxtdan bəri Fransada saxlanılan 23 arxeoloji artefaktı Suriyaya qaytarıb.
Qaziler.az bildirir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Artefaktların geri qaytarılması Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə tarixi səfəri zamanı baş tutub.
Artefaktlar Makronun prezident təyyarəsi ilə Suriyaya gətirilərək Dəməşqdə yerləşən Suriya Milli Muzeyinə təhvil verilib.
Qaytarılan eksponatlar arasında tunc məmulatları, Bizans və İslam dövrlərinə aid tarixi əşyalar, həmçinin vaxtilə dünyanın ən böyük və ən qədim məscidlərindən biri olan Əməvilər məscidini bəzəmiş naxışlı mozaika paneli də var.
QAZİLER.AZ



