Sərnişin təyyarələri havada toqquşdu, uçuş pozuldu

Sərnişin təyyarələri havada toqquşdu, uçuş pozuldu backend

"Saudia" aviaşirkətinə məxsus təyyarə Manilada "Philippine Airlines" təyyarənin quyruq hissəsi ilə toqquşub.

Səudiyyə Ərəbistanına məxsus sərnişin təyyarəsinin pilotları Filippində hərəkət edərkən "Philippine Airlines" (PAL) təyyarəsinin quyruq hissəsinə çırpılıb və nəticədə uçuş pozulub.

Qaziler.az bildirir ki, bu barədə "Simple Flying" portalı məlumat yayıb.

Hadisə Manila hava limanında baş verib. "Saudia" təyyarəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərində eniş edərək geri qayıtmalı idi. Lakin onun sol qanadı digər təyyarənin quyruq hissəsi ilə toqquşub və uçuş ləğv edilib.

Hər iki təyyarə zədələnib.

PAL reysinin göyərtəsində sərnişin olmadığına görə xəsarət alanların da olmadığı dəqiqləşdirilib.

Hazırda hava limanı administrasiyası və ölkənin aviasiya orqanları araşdırma aparır.

QAZİLER.AZ