Rusiyanın Quançjoudakı Baş Konsulluğu rusiyalıları Çinin cənubunda baş verəcək supertayfun barədə xəbərdar edib.
Rusiyanın Quançjoudakı Baş Konsulluğu Çinin cənubunda yaşayan rusiyalı turistlər və orada yaşayanlar üçün mühüm bir xəbərdarlıq edib. Bu barədə diplomatik nümayəndəliyin Telegram kanalında məlumat verilib.
Çinin Mərkəzi Meteorologiya Xidmətinin məlumatına görə, son illərin ən güclü super tayfunlarından biri olan "Bavi" ölkənin cənub əyalətlərinin sahillərinə yaxınlaşır. Küləyin sürətinin saniyədə 52 metrə çatacağı gözlənilir.
Proqnozlara görə, qasırğa 11 iyul şənbə günü səhər Tayvanın şimalından keçəcək və axşam saatlarında Futszyan və Çjetsyan əyalətlərinə çatacaq. Təsiri yaxınlıqdakı bölgələrdə də hiss olunacaq.
QAZİLER.AZ



