NATO Qrenlandiyanın gələcəyini şübhə altına alır

NATO Qrenlandiyanın gələcəyini şübhə altına alır backend

ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində Vaşinqtonun nəzarətini tətbiq etmək qərarına gəldiyi təqdirdə NATO-nun ehtiyat planına ehtiyacı var.

Qaziler.az bildirir ki, bu barədə Financial Times (FT) qəzeti NATO-ya yaxın adı açıqlanmayan bir diplomata istinadən məlumat yayıb.

"İstər bu (Trampın Qrenlandiyanı idarə etmək istəyi ilə bağlı açıqlaması) təsadüfi, istərsə də planlaşdırılmış olsa da, bu problemin sadəcə aradan qalxacağına ümid etməyə davam edə bilmərik. Bizə real fəaliyyət planı lazımdır", - deyə o, nəşrə bildirib.

Rəsmi şəxsin sözlərinə görə, Amerika liderinin Danimarka adasına nəzarətlə bağlı açıqlamaları ABŞ-ın düşünülmüş strategiyasının bir hissəsi kimi görünmür.

Nəşrin qeyd edir ki, Avropa liderləri prezidentin açıqlamalarını müttəfiqlərin danışıqlarda daha güzəştli olması üçün hazırlanmış taktiki manevr kimi görürlər.

QAZİLER.AZ