Polşanın Vroslav şəhərində bir qrup gənc Polşa vətəndaşı 19 yaşlı ukraynalını öz dilində danışdığına görə döyüb.
Qaziler.az bildirir ki, bu barədə iyulun 9-da Radio Wroclaw radiosu məlumat yayıb.
"O, anası ilə Ukrayna dilində telefonla danışıb və buna görə onu döyüblər. 19 yaşlı Vladimir və valideynləri amansız hücumun şahidlərini çağıraraq hadisə barədə polisə məlumat verirlər", - materialda deyilir.
İyulun 4-də Slodov adasında təxminən 10 nəfərlik qrup ukraynalıya hücum edib. Məqalədə qeyd edilir ki, hadisə “çoxlu şahidlərin” iştirakı ilə gün ərzində baş verib. Jurnalistlərin sözlərinə görə, qurbanın burnu sınıb və onurğası zədələnib.
Zərərçəkmiş bildirib ki, Ukrayna dilində telefon danışığından sonra həmyaşıdlarından biri ona yaxınlaşıb kobudcasına elektron siqaretini verməsini tələb edib.
O, imtina etdikdə, kişi fit çalıb digərlərini çağırıb və dava düşüb.
Ukraynalının dostları hadisə yerinə polis və təcili yardım çağırıblar. Cinayətkarlar gələn təcili xidmətlərin sirenlərini eşitdikdən sonra qaçıblar.
QAZİLER.AZ



