Texasda 13 yaşlı yeniyetməni evinə ildırımın düşməsi nəticəsində cərəyan vurub.
Qaziler.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Hadisə çərşənbə axşamı Hyustonun Saypress şəhərətrafı qəsəbəsində baş verib. İldırım zərbəsi evin elektrik naqillərindən keçərək, kompüterdə videooyun oynayan yeniyetməni vurub. Elektrik boşalması həmçinin çardaqda kiçik yanğına səbəb olub.
Zərərçəkən elektrik cərəyanının bütün bədənindən keçdiyini hiss edib və güclü başgicəllənmə və çaşqınlıq hissi ilə yerə yıxılıb. Daha sonra güclü səsdən qulaqları tutulan yeniyetmə qışqırmağa başlayıb.
Həkimlər yeniyetməni hadisə yerində müayinə ediblər, onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb. Oğlanın anası bildirib ki, uşağın sinəsində cərəyan vurmasından iz qalıb , lakin o, özünü yaxşı hiss edir.
Evin damındakı qaz borusu, daxildə isə bir neçə məişət cihazı zədələnib, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Hadisə baş verən gün Hyuston rayonunda fırtına proqnozlaşdırılıb.
QAZİLER.AZ



