Fransada anomal istilər: Narıncı təhlükə səviyyəsi elan edilib

Fransada anomal istilər: Narıncı təhlükə səviyyəsi elan edilib backend

Fransanın 72 departamentində anomal istilərlə əlaqədar narıncı (yüksək) təhlükə səviyyəsi elan olunub.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin meteorologiya xidmətinə istinadən "Franceinfo" radiostansiyası məlumat yayıb.

Tarixi "Marsel-Marinyan" (Buş-dü-Ron) meteorologiya stansiyasında ilk dəfə olaraq 40,5°C temperatur qeydə alınıb. Eyni zamanda, Kane-an-Rusiyonda 41,4°C, Set şəhərində isə 41,0°C isti müşahidə olunub.

Meşə Yanğınları üzrə Avropa İnformasiya Sisteminin (EFFIS) məlumatına görə, iyul ayının ilk səkkiz günü ərzində Fransada təxminən 7 800 hektar sahə yanıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni ayı ərzində bu rəqəm 4 400 hektardan bir qədər çox olub.

QAZİLER.AZ