Qazaxıstan Daxili İşlər Nazirliyi qanunsuz yanacaq ixracının qarşısını almaq məqsədilə dövlət sərhədində 59 polis postu yerləşdirib.
Qaziler.az xəbər verir ki, bu barədə qurumun məlumatında qeyd olunub.
Bildirilib ki, ilin əvvəlindən bəri qanunsuz olaraq əlavə yanacaq çənləri quraşdırılmış avtomobillərin idarə edilməsi ilə bağlı 255 hal aşkar olunub. Bütün qayda pozanlar inzibati məsuliyyətə cəlb ediliblər.
Cərimələnənlər arasında 195 xarici ölkə vətəndaşı və 60 Qazaxıstan vətəndaşı var.
DİN-dən vurğulanıb ki, gücləndirilmiş nəzarət yanacaq-sürtkü materiallarının ölkə hüdudlarından kənara qanunsuz çıxarılmasının qarşısını almağa yönəlib.
Daha əvvəl respublikanın energetika vitse-naziri Kayırxan Tutkışbayev bəyan etmişdi ki, Qazaxıstan yanacağın ölkədən daşınması səbəbindən sərhəddə nəzarəti gücləndirib.
QAZİLER.AZ



