ABŞ hərbçiləri İranın şimal-şərqində yerləşən və bu ölkəni Rusiya və Çinlə birləşdirən nəqliyyat dəhlizinin bir hissəsi olan körpüyə zərbə endiriblər.
Qaziler.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Hadisə iyulun 9-na keçən gecə baş verib.
Zərbə Türkmənistan sərhədi yaxınlığında, Gülüstan əyalətinin Aqqala rayonundakı dəmir yolu körpüsünə endirilib.
Qeyd olunur ki, bu marşrut vasitəsilə Rusiyadan İrana yüklər daxil olurmuş.
QAZİLER.AZ



