Ukrayna "Şimal Axını" qaz kəmərlərinin partladılmasında iştirakını etiraf etməkdən imtina edib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu, Ukrayna Baş Prokurorluğunun aparılmış istintaq hərəkətlərinin nəticələrinə dair bəyanatından qeyd olunub.
"Bu qanunsuz əməllərin törədilməsində Ukrayna dövlətinin əli olduğunu göstərən heç bir fakt aşkar edilməyib", - deyə bəyanatda bildirilib.
Baş Prokurorluqdan qeyd ediblər ki, işin bütün hallarının araşdırılması hələ yekunlaşmayıb.
"Şimal Axını" və "Şimal Axını-2" qaz kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Almaniya, Danimarka və İsveç bunun məqsədli bir təxribat ola biləcəyini ehtimal ediblər. "Şimal Axını"nın operatoru "Nord Stream AG" şirkəti qaz kəmərlərindəki dağıntıların miqyaslı olduğunu və təmir müddətini qiymətləndirməyin qeyri-mümkün olduğunu bildirmişdi.
QAZİLER.AZ



