Floridanın Fort-Mayers-Biç çimərliyində ildırım vurması nəticəsində bir kişi dünyasını dəyişib, ailəsinin üç üzvü isə xəsarət alıb.
Qaziler.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "NBC News" məlumat yayıb.
İldırım düşən an onların dördü də suyun içində olub. Hadisə yerinə gələn xilasedicilər bir nəfəri huşsuz vəziyyətdə tapıb, digər üç nəfər isə xəstəxanaya aparılıb. Hadisə şahidi həkimlər gələnə qədər ürək-ağciyər reanimasiyası aparıb və avtomatik xarici defibrilyatordan istifadə edib, lakin zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb.
Həyati təhlükə yaradan elektrik xəsarətləri alan kişinin 51 yaşlı Viktar Kirik olduğunu müəyyən edilib. Onun üç yaralı qohumu xəstəxanada qalır və vəziyyətləri sabitdir.
Fort-Mayers-Biç yanğın-xilasetmə xidməti sakinləri və turistləri fırtınanın ilk əlamətləri görünən kimi dərhal sığınacağa keçməyə çağırıb.
"Bu faciəvi hadisə Floridada yay fırtınalarının sürətlə inkişaf edə biləcəyinə dair ürəkdağlayan bir xatırlatmadır. Göy gurultusu eşidirsinizsə və ya ildırım görürsünüzsə, dərhal sudan çıxın və təhlükəsiz sığınacaq axtarın", — deyə şerif ofisinin bəyanatında bildirilib.
QAZİLER.AZ



