3 kq qızılı Polşaya keçirmək istəyərkən yaxalandı

3 kq qızılı Polşaya keçirmək istəyərkən yaxalandı backend

Ukrayna vətəndaşı Polşa ərazisinə 1,5 milyon zlotı (677 400 AZN) dəyərində üç qızıl külçə keçirməyə çalışıb.

Qaziler.az xəbər verir ki, bu barədə Podkarpat Milli Vergi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, 46 yaşlı ukraynalı qadın Polşaya daxil olmaq üçün minik avtomobili ilə sərhəd-keçid məntəqəsinə gəlib. Yoxlama zamanı gömrükçülər skaner vasitəsilə qadının üzərində gizlədilmiş əşyalar aşkar ediblər. Məlum olub ki, qadın üç kiloqramlıq külçələri torbaların içində, paltarının altında gizlədib. Qızıl külçələr və üzərindı olan 23 400 avro pul  müsadirə edilib.

Qeyd edilib ki, Avropa İttifaqına daxil olan və ya oradan çıxan şəxslər, daşıdıqları nağd pulun ümumi dəyəri 10 min avroya bərabər və ya ondan artıq olduqda, bu barədə gömrük orqanlarına məlumat verməlidirlər.

QAZİLER.AZ